Page 83 - "Morelin ixtirası"
P. 83
Morelin ixtirası
İndi mənə çatır ki, bəlkə də, bu adamlar heç vaxt
mənə fikir verməyiblər... və bilirəm ki, daha məni
axtaran deyillər.
Bundan əminəmmi? Ağlı başında olan adam,
dünən gecə eşitdiyim və bildiyimi zənn etdiyim şeyə
inanardımı? Gərək o ağlı başında olan adam mənə
elə bir məsləhət versin ki, hər şeydə məni ələ
keçirmək üçün qurulmuş gizli bir plan olduğunu
zənn etmək kabusundan qurtulum.
Bir də ki, əgər, doğrudan da, məni tutmaq üçün
belə bir plan varsa, niyə axı bu qədər mürəkkəbdir?
Niyə birbaşa üzərimə hücum edib məni tutmurlar?
Xeyli zəhmət tələb edən bu təqdimata nə ehtiyac
var idi ki?
Həyat təcrübəmizə əsasən, dünyada baş verən
hər şey müəyyən qədər bir-biri ilə əlaqəli olur. İndi
isə reallıq təhrif olunmuş və qeyri-real şəkildə
qarşımda təzahür edirdi. İnsan yuxudan oyananda,
ya öləndə gördüyü yuxuların vahiməsini, həyatın
narahatlıq və qayğılarını üzərindən dərhal ata bilmir.
Mənim də bu insanlardan qorxmaq vərdişimdən
yaxa qurtarmağım vaxt aparacaq.
Morel əlində yazı maşınında çap edilmiş bir
neçə sarı kağız parçası tutmuşdu. Kağızları masanın
üzərindəki taxta kasanın içindən götürdü. Kasanın
içində “Yachting” və “Motor Boating” dərgilərindən
kəsilmiş elanlara sancaqla bərkidilmiş çoxlu sayda
məktub var idi. Bu məktublarda köhnə gəmilərin
qiyməti, satış şərtləri soruşulur və alıcının gəlib
83