Page 81 - "Morelin ixtirası"
P. 81
Morelin ixtirası

– Buraya bir stol və bir stul qoyun.
Digər stulları konfrans zalında olduğu kimi stolun
qarşısında sıra ilə düzdülər.
Hamı gəlib çıxanda gecə düşmüşdü. Azacıq səs-
küy eşidilir, kimsə maraqla nə isə soruşur, kimsə
digərinə gülümsəyirdi; ümumilikdə isə otaqda
yorğunluqdan qaynaqlanan bir sakitlik hökm sürürdü.
– Gərək hamı burada olsun, Morel dilləndi.
– Hamı gəlməmiş başlayan deyiləm.
– Ceyn yoxdur.
– Ceyn Qrey yoxdur.
– Təəccüblü deyil.
– Onu axtarıb tapmaq lazımdır.
– Bu saatda onu yataqdan kim qaldıra bilər ki?
– Onsuz olmaz.
– O yatır.
– Onu da burada görməmiş başlamaram.
– Gedim onu tapım, – Dora dedi.
– Mən də səninlə gedirəm, – qalın qaşlı cavan
oğlan ona qoşuldu.
Bu söhbəti sözbəsöz çatdırmaq istədim. Əgər
nə isə təbii səslənmirsə, demək, bu ya yazı qabiliyyə-
timin, ya da yaddaşımın zəifliyindən irəli gəlir. Hər
şey təbii davam edirdi. Bu insanlara tamaşa edən,
söhbətlərinə qulaq asan adam bir az sonra möcüzəvi,
qeyri-real bir hadisənin baş verəcəyini gözləməzdi
(baxmayaraq ki, hər şey uzun quyruqlu balıqların və
şibyələrin olduğu işıqlandırılmış akvariumun üzərində
baş verirdi).

81
   76   77   78   79   80   81   82   83   84   85   86