Page 86 - "Morelin ixtirası"
P. 86
lfo Bio Kasares
dan, stulların cırıltısından, bəzilərinin oturuş pozasını
dəyişməsindən belə başa düşdüm ki, bu Çarli deyilən
adam ölüb; daha dəqiq desək, təzəlikcə ölüb.
Sonra Morel, sanki auditoriyaya təsəlli vermək
istəyirmiş kimi dedi:
– Amma o burada, yanımdadır. Baxmaq istəyən
varsa, göstərə bilərəm. O, mənim ilk uğurlu sınaqla-
rımdan biri idi.
Morel dayandı. Fikrimcə, auditoriyanın əhvalındakı
dəyişikliyi hiss elədi (lap başda dinləyicilər darıxsalar
da, şən idilər; sonra birdən kefləri pozuldu və
zarafatyana söhbətin ortasında yersiz şəkildə ölünü
yada saldığına görə Moreli bir az qınamağa başladılar;
indi isə əməlli başlı çaşıb qalmış, hətta vahimələn-
mişdilər). Morel tələsik sarı vərəqlərinə qayıtdı:
– “Xeyli vaxtdır ki, beynimin iki başlıca məşğuliyyəti
olub: öz ixtiralarımı düşünmək və... – Morel inamla
auditoriyanın rəğbətini geri qaytarırdı. – Misal üçün,
oxuduğum bir kitabın səhifələrini kəsirəm, gəzişirəm,
trubkamı doldururam və xoşbəxt bir həyat təsəvvür
edirəm onunla...
(Morelin verdiyi hər xırda pauza alqış dalğasına
səbəb olurdu).
İxtiramı tamamladıqdan sonra ağlıma bir fikir
gəldi ki, öz sentimental fantaziyamı əbədiləşdirim.
İlk əvvəl bu, xəyal qurmaq üçün bir mövzu idisə,
sonradan inanılmaz bir layihəyə çevrildi...
Öz istedadıma və bir qadını özünə aşiq etməyin
cənnəti yaratmaqdan daha asan olduğuna inanmağım
məni çox fikirləşmədən hərəkət etməyə sövq etdi.
86