Page 90 - "Morelin ixtirası"
P. 90
lfo Bio Kasares
tanımağı öyrənərsiniz. Nəhayət, əgər bütün qəbule-
diciləri işə salsanız, Madlen tam şəkildə, identik
olaraq qarşınızda canlanar; unutmayın ki, söhbət
güzgülərdən əldə edilmiş obrazlardan gedir, amma
bura, toxunuş zamanı hiss etdiyiniz müqavimət, dad,
qoxu, temperatur – bütün bunlar mükəmməl şəkildə
sinxronlaşdırılaraq əlavə edilir. Heç kəs bunun obraz
olduğunu anlaya bilməz. Biz indi öz surətimizi görsək,
mənə inanmazsınız. Elə bilərsiniz ki, sizə son dərəcə
oxşayan aktyorlardan ibarət qrup gətirmişəm.
Bu, cihazın birinci hissəsidir; ikinci hissəsi qeydə
alır, üçüncüsü isə nümayiş etdirir. Burada nə ekrana,
nə də kağızlara ehtiyac var; cihazın proyeksiyaları
bütün fəza tərəfindən, gecə və ya gündüz olmağından
asılı olmayaraq tam şəkildə mənimsənilir. Sizə daha
aydın olması üçün deyə bilərəm ki, cihazın hissələrini
az-çox uzaq məsafədən ötürülmüş təsvirləri nümayiş
etdirən televizora, həmin televizorla göstərilən
təsvirləri lentə alan kameraya və kino-proyektora
bənzətmək olar.
Cihazın qəbuledicilərini əlaqələndirib həyatımız-
dan səhnələr çəkmək istəyirdim: Faustine ilə keçirdi-
yim bir axşam, sizlərlə söhbətlərimiz; beləcə, davamlı
və olduqca dəqiq səhnələrdən ibarət bir albom ha-
zırlamış olardım ki, bu albom övladlarımız, dostlarımız,
həmçinin bizdən sonra gələn və fərqli adətlərlə
yaşayacaq nəsillər üçün xoş anlarımızdan bir xatirə
kimi qalardı.
Mahiyyət etibarı ilə düşünürdüm ki, əşyaların
surəti yenə əşyalar olacağı halda (evin şəkli öz-
90