Page 88 - "Morelin ixtirası"
P. 88
lfo Bio Kasares
və qəbuledicilərdən istifadə etməklə biz bu otaqdan,
iyirmi min kilometr uzaqlıqda, Kvebek ətrafında olan
Madlen ilə danışa bilərik. Gözlə görmək baxımından
da televizor eyni nəticəni əldə edir. Titrəyişlərin tez-
liyini artırmaq və ya azaltmaqla bu effekti digər duyğu
orqanlarının da, demək olar, hamısına ötürmək olar.
Yoxluqları aradan qaldırmaq vasitələrini elmi
nöqteyi-nəzərdən son vaxtlara qədər təxminən belə
qruplaşdırmaq olardı:
Görmək baxımından: televiziya, kinematoqrafiya
və fotoşəkil;
Eşitmək baxımından: radiotelefon, fonoqraf və
telefon;
Nəticə:
Son dövrlərədək elm yalnız eşitmə və görmə
orqanlarına, zaman və məsafədən irəli gələn yoxluqları
aradan qaldırmaqda yardımçı olmaqla kifayətlən-
mişdir. Gördüyüm işlərin birinci hissəsinin əsas
məziyyəti ondan ibarətdir ki, mən ənənələrdən qay-
naqlanan ətalətə qalib gəlmişəm və adıçəkilən
kəşfləri ilə yaşadığımız dünyanı daha da mükəmməl-
ləşdirmiş müdriklərin düşüncə və biliklərini, demək
olar ki, paralel yollarla davam etdirmişəm.
İstər Fransada (Sosyete Kluni), istərsə də İsveçrədə
(Sankt Qallendəki Şvaxter) apardığım tədqiqatların
vacibliyini dərk etmiş və mənə öz qapalı laboratori-
yalarında işləməyə icazə vermiş sənaye müəssisə-
lərinin sahiblərinə öz təşəkkürümü bildirmək istəyi-
rəm.
88