Page 84 - "Morelin ixtirası"
P. 84
lfo Bio Kasares
gəmilərə baxmaq istədiyi bildirilirdi. Məktubların
bəzilərini mən görmüşdüm.
– Qoy Aynes yatsın. Bərk yatır, onu gözləyəsi
olsaq, heç vaxt başlaya bilməyəcəyik.
***
Morel qollarını çırmalayıb qırıq səslə dedi:
– Sizə bir məsələni açıb deməliyəm. – Təlaşla
gülümsəyirdi. – Qorxulu bir şey yoxdur. Dəqiq olsun
deyə kağızdan oxuyacağam. Xahiş edirəm, qulaq
asın. Bunu deyib hazırda mənim qovluğa qoyduğum
sarı kağızları oxumağa başladı: – Bu gün səhər
muzeydən qaçanda həmin kağızlar stolun üstündə
idi; mən də götürdüm. “Əvvəli darıxdırıcı, davamı
qorxulu olan bu səhnəyə görə gərək məni üzrlü
sayasınız. Bunu yaddan çıxaracağıq. Burada keçirdiy-
imiz xoş həftənin fonunda bu səhnənin önəmi qal-
mayacaq.
Qərar vermişdim ki, sizlərə heç nə deməyim.
Belə olan halda siz də kifayət qədər təbii olan bu
həyəcanı keçirməzdiniz. Mən son ana qədər heç
birinizin xəbəri və etirazı olmadan hamınızdan yarar-
lana bilərdim. Lakin siz mənim dostlarımsınız, buna
görə də bilməyə haqqınız var.
(Susub ətrafa göz gəzdirir, gülümsəyir, titrəyirdi;
sonra özünü toplayıb sözünə davam elədi).
– Günahım ondan ibarətdir ki, mən sizdən icazəsiz
hamınızın şəklini çəkmişəm. Aydındır ki, bu, bildiyimiz
adi şəkil deyil; söhbət mənim ən son ixtiramdan
84