Page 80 - "Morelin ixtirası"
P. 80
lfo Bio Kasares
girməyə, çörək və digər normal yeməklər axtarmağa
qərar verdim.
Gecəyarısı kömür anbarından keçib muzeyə
girdim. Bufetdə də, ərzaq anbarında da qulluqçular
var idi. Qərar verdim ki, adamlar öz otaqlarına
dağılışana qədər bir yerdə gizlənib gözləyim. Ola
bilsin, Morelin Faustineyə, qalın qaşlı oğlana, gonbul
adama və yaşılgöz Alekə danışmaq istədiyi şeyləri
eşidərəm. Sonra da yeməyə bir-iki şey oğurlayıb
aradan çıxaram.
Əslində, Morelin bəyanatları mənim üçün o qə-
dər də maraqlı deyildi. Məni narahat edən sahildəki
gəmi və Faustinenin qısa zamanda gedəcəyi idi.
Vestibüldən keçəndə Belidorun on beş gün əvvəl
özümlə apardığım traktatının xəyalətini gördüm;
həmin yaşıl rəngli mərmər konsolun üzərində, əvvəlki
yerində idi. Cibimi eşələyib kitabı çıxardım: gör-
düklərim eyni kitabın iki müxtəlif nüsxələri deyil,
eyni nüsxənin təkrarı idi. Mavi mürəkkəb azacıq
yayılıb “PERSE” sözünün üstünü örtmüşdü; üz qabı-
ğının aşağı küncündə çəpinə cırıq var idi... Yəni ki,
hər iki kitabın xarici görünüşü tamamilə eyni idi...
əlimi stolun üzərindəki kitaba çatdırıb toxuna
bilmədim heç. Əvvəlcə bir neçə qadın, sonra da
Morel məni görməsinlər deyə tez-tələsik gizləndim.
Akvarium olan salondan keçib yaşıl otaqda şirmanın
arxasında gizləndim (evcik kimi qatlanmışdı). Şirmanın
yarıqları arasından akvarium olan salonu görə bilirdim.
Morel göstərişlər verirdi:
80