Page 75 - "Morelin ixtirası"
P. 75
Morelin ixtirası

əlbət ki, gerçək həyat çox əziyyət çəkməli olub. İndi
başa düşürəm, deyəsən, vəziyyət yuxarıdakı səhifə-
lərdə təsvir etdiyim kimi deyil və mənim başıma gə-
lənlər də zənn etdiyimdən fərqlidir.

Hovuzda çimənlər paltarlarını geyinməyə gedən-
də, mən onları gecə və gündüz pusmaq qərarına
gəldim. Lakin tezliklə bu addımın yanlış olduğuna
özümü inandırdım.

Çıxıb gedirdim ki, birdən qarasaçlı, qalın qaşlı
cavan oğlan gəldi. Bir dəqiqə sonra Moreli pəncərənin
yanında gizlənib, həmin oğlanı pusan yerdə gördüm.
Morel pilləkənlərdən aşağı endi. Mən uzaqda deyildim
və onların söhbətini eşidə bildim:

– Bayaq adam çox idi deyə, danışmaq istəmədim.
Sizə bir məsələni danışacağam, sizə və bir neçə
başqa adama.

– Buyurun.
– Burada olmaz, – deyə Morel ağaclara tərəf
şübhə ilə baxaraq cavab verdi. – Bu gecə, hamı
gedəndən sonra siz qalarsınız.
– Yuxum gələ-gələ?
– Olsun da. Nə qədər gec olsa, bir o qədər yax-
şıdır. Ən əsası, ehtiyatlı olun. İstəmirəm ki, qadınlar
xəbər tutsun. İsterika başlayanda mənim özümü is-
terika tutur. Sağ olun.
Bunu deyib, qaçaraq uzaqlaşdı. Evə girməzdən
qabaq arxaya boylandı. Cavan oğlan pilləkənləri
qalxmağa başlamışdı ki, Morel əl-qol hərəkətləri ilə

75
   70   71   72   73   74   75   76   77   78   79   80