Page 72 - "Morelin ixtirası"
P. 72
lfo Bio Kasares

quşu heykəlinin arxasında dayanmışdım; məni
görəcəklərindən qorxmurdum (deyəsən, gizlənməyin
heç bir mənası yox idi). Morel kapitanı skamyaya
doğru apardı və oturub söhbət elədilər.

Gəminin nəyə xidmət elədiyini anlamışdım artıq.
Gəmi ya Morelin, ya da gəlmələrin idi və onları
aparmağa gəlmişdi.

“Qarşımda üç yol var, – deyə düşündüm. – Ya
Faustineni qaçırmaq, ya gizlicə gəmiyə minmək, ya
da Faustinenin getməyinə icazə vermək. Onu axtar-
mağa gələcəklər; onu qaçırsam, gec-tez bizi tapacaqlar.
Yəni bu boyda adada onu gizlətməyə bir yer olmaya-
caq?” Yadıma düşür ki, həmin an özümü fikirləşməyə
məcbur etmək üçün elə əziyyət çəkirdim ki, üz-
gözüm qırışırdı.

Bir də düşündüm ki, bəlkə, gecə düşən kimi onu
otağından çıxarım, Rabauldan buraya gəldiyim qayığa
mindirim və birlikdə avar çəkə-çəkə yola düşək. Bəs
yaxşı, hara? Qayıqla ilk səfərimdəki möcüzə təkrar
baş verərdimi, görəsən? İstiqaməti necə müəyyən-
ləşdirim? Faustine ilə birlikdə özümü taleyin ümidinə
buraxım? Qayıqda okeanın ortasında uzun-uzadı
məhrumiyyətlərə dözməyə dəyəcəkmi? Bəlkə də,
heç uzun olmaz: tamamilə mümkündür ki, sahildən
çox uzağa getməmiş dənizdə bataq.

Əgər gəminin içinə girə bilsəm, məni orada ta-
parlar. Onda yeganə şansım o qalar ki, onlarla danı-
şım, xahiş edim ki, Faustineni, ya da Moreli çağırsınlar
və onlara vəziyyətimi izah edim. İşdir, əgər əhvalatım

72
   67   68   69   70   71   72   73   74   75   76   77