Page 69 - "Morelin ixtirası"
P. 69
Morelin ixtirası
İndi başa düşürəm niyə roman müəllifləri əsər-
lərində incik xəyalətlərə yer verirlər. Ölülər canlıların
arasında yaşamağa davam edirlər. Onlar üçün
vərdişlərindən əl çəkmək, siqareti buraxmaq, qadınlara
hakim olmaqdan vaz keçmək çətindir. Gözəgörünməz
olma ehtimalım (kənardan özümə baxırmış kimi
düşündüm) məni dəhşətə gətirir. Faustinenin bu
qədər yaxın olduğu halda başqa planetdə yaşaması
məni dəli eləyir (Faustine adı məni kədərləndirir);
hər halda, yəqin ki, mən ölüyəm və əlçatmaz yer-
dəyəm (Faustineni görəcəyəm, onun getdiyini görə-
cəyəm və mənim çağırışlarım, yalvarışlarım, cəhdlərim
ona yetişməyəcək); bütün bunlar boş ümidlərdən
savayı, bir şey deyil.
Bu fikirləri çək-çevir eləmək mənə xoş gəlirdi.
Gəlmələrlə münasibətlərimin fərqli dünyaların varlıqları
arasındakı münasibətlərdən olduğuna dair dəlillər
topladım. Bu adada yerli ölülərin (mən və burada
yaşayan heyvanlar) görə bilmədiyi bir faciə baş vermiş
ola bilərdi; sonra da gəlmələr peyda olardı.
Mən ölüyəm! Bu fikir məni necə də vəcdə
gətirirdi! (bunu uğurlu bir ədəbi tapıntı hesab edib
öz-özümə lovğalanırdım).
Həyatıma təkrarən nəzər saldım. Uşaqlığım o
qədər də ürəkaçan olmayıb, axşamları Paseo del
Paraisoda keçirərdim; həbsimdən öncəki günlər
mənə yad gəlir, sanki o günləri yaşayan heç mən
olmamışam; xeyli müddət davam edən qaçışım; bu
adada yaşadığım aylar. Ölüm məni iki dəfə haqlaya
bilərdi. Birincisi, “Pastora”nın qarşısında, Oeste 11
69