Page 66 - "Morelin ixtirası"
P. 66
lfo Bio Kasares
bu zonada da görünür. Hiss eləmişəm ki, yəqin ki,
birincinin əksi olan bu ikinci günəş daha qızmardır.
Mənə elə gəlir ki, srağagündən dünənə temperatur
xeyli artıb. Sanki yeni günəş yazı qaynar bir yaya çe-
virib. Gecələr çox işıqlı olub, elə bil havaya qütb
şöləsi saçılır. Hərçənd güman edirəm ki, iki ay və iki
günəş mövzusu elə bir önəm daşımır; yəqin ki, bun-
dan, artıq hamının xəbəri var; insanlar ya bunu
gözləri ilə görüb, ya da xəbərlərdən daha elmi izahlı
şəkildə eşidib. Günəş və ay məsələsini maraqlı,
yaxud poetik hesab etdiyimə görə deyil, qəzet alan
və ad günü olan oxucularımın bu tarixləri qeyd
etmələri üçün vurğulayıram.
Səmada iki ay birinci dəfədir ki, görünür. İki
günəş çıxması isə daha əvvəl baş vermişdi. Bu barədə
Siseron “De Natura Deorum”1 əsərində yazır:
Tum sole quod ut e patre audivi Tuditano et
Aquilio consulibus evenerat2.
Məncə, sitatı düzgün gətirdim. Miranda İnstitu-
tunda müəllimimiz olan Lobre əsərin ikinci cildinin
ilk beş səhifəsini və üçüncü cildinin son üç səhifəsini
bizə əzbərlətmişdi. Allahların təbiəti haqqında bundan
savayı, heç nə bilmirəm.
1“De Natura Deorum” – latın dilində “Allahların təbiəti haqda”
deməkdir. E.ə. 45-ci ildə Roma natiqi Siseron tərəfindən yazılmış dialoq
şəkilli, 3 cildli əsərdir (tərc.).
2Tum sole quod ut e patre audivi Tuditano et Aquilio consulibus evenerat –
Əslində əsərdə orijinal sitat belədir: “Tum sole geminato, quod, ut e
patre audivi, Tuditano et Aquilio consulibus evenerat; quo videm anno
P.Africanus sol alter extinctus est”, – “Atamdan eşitdiyimə görə, Publio
Afrikanoda günəşin söndüyü il Tuditano və Aquilio Konsulluqlarında iki
günəş görünmüşdü (tərc.).
66