Page 63 - "Morelin ixtirası"
P. 63
Morelin ixtirası
Düz yanımda idi. Yuxudan ayıldım. Otaqda işıq
yanmırdı. Çalışdım ki, tərpənməyəm və qaranlıqda
ətrafı görəm; nəfəsim daralırdı və qorxurdum.
Yerimdən qalxıb koridora çıxdım və tufandan
sonra ətrafa çökmüş səssizliyə qulaq verdim: sükutu
pozan heç nə yox idi.
Koridorla yeriməyə başladım. Təsəvvür edirdim
ki, qəfildən qapılardan biri açılacaq, qüvvətli əllər
məni yaxalayacaq və istehzalı, amansız bir gülüş
taleyimə fərman verəcək. Düşündüm ki, son günlər
təşviş içində yaşadığım qəribə həyat, fərziyyə və
təlatümlərim, üstəlik, Faustine – yəqin ki, bütün
bunlar məni həbsxanaya və edam kürsüsünə doğru
aparan keçici bir yoldur. Qaranlıqda ehtiyatla
pilləkənləri düşdüm. Qapılardan birinə yaxınlaşıb
onu açmaq istədim. Mümkün olmadı; heç qapının
dəstəyini tərpədə də bilmədim (dəstəyi aşağı
endirməyə imkan verməyən bu cür qapı qıfıllarına
əvvəllər rast gəlmişəm, amma pəncərələrin kons-
truksiyasını anlamıram: kilid yoxdur, sürgüləri də
yerindən tərpənmir). Getdikcə inanmağa başlayırdım
ki, buradan çıxmaq mümkün deyil; əsəblərim gərilirdi,
bir yandan da işığın olmaması səbrimi daraldırdı və
beləcə, heç içəridəki qapıları da aça bilmirdim.
Xidmətçi pilləkəndən gələn ayaq səsləri məni karıxdırdı
və otaqdan çıxa bilmədim. Səs salmadan, əlimlə
divara toxuna-toxuna nəhəng alebastr çıraqlarından
birinin yanına qədər yeridim və güc-bəla ilə özümü
çıraq kasasının içinə tulladım. Bir xeyli vaxt alebastrın
63