Page 68 - "Morelin ixtirası"
P. 68
lfo Bio Kasares

Bir də ağlıma gəldi ki (hərçənd inandırıcı səslən-
mir), bəlkə, gəlmələr fərqli təbiətə malik, başqa
planetdən gəlmiş varlıqlardır; gözləri var, amma
görməyə yaramır, qulaqları var, amma eşitməyə
yaramır. Birdən yadıma düşdü ki, axı bunlar fransızca
əla danışırdılar. Sərsəm nəzəriyyəmi bir az da inkişaf
etdirdim: bəlkə, bu dil paralel olaraq hər iki dünyada
mövcuddur, sadəcə fərqli məqsədlər üçün istifadə
edilir.

Dördüncü fərziyyəm yuxu danışmaq həvəsimdən
qaynaqlanır. Dünən gecə belə bir yuxu gördüm:

Mən bir dəlixanadayam. Ailəm həkimlə (ya da
hakimlə) uzun-uzadı məsləhətləşmədən sonra məni
bura gətirib. Morel də buranın rəisidir. Bəzi anlarda
adada olduğumu dərk edir, bəzən özümü dəlixanada
hesab edir, bəzən də dəlixananın rəisi özüm olu-
ram.

Nə bir yuxunu reallıq, nə də reallığı dəlilik kimi
qəbul etməyə ehtiyac görmürəm.

Beşinci nəzəriyyə: gəlmələr ölmüş bir qrup dost-
dur; mən də Dante, yaxud Svedenborq kimi bir səy-
yaham; ya da bəlkə, elə mən də bir ölüyəm, sadəcə
başqa təbəqədənəm, metamorfozanın başqa mər-
hələsindəyəm; bu ada ya əraf, ya da bu ölülərin
cənnətidir (buradan belə çıxır ki, başqa cənnətlər
də mövcuddur; əgər hamı üçün bir cənnət olsaydı
və orada bizi gözəl bir həyat yoldaşı və ədəbiyyat
günləri gözləsəydi, onda çox adam artıq ölməyi tər-
gitmişdi).

68
   63   64   65   66   67   68   69   70   71   72   73