Page 64 - "Morelin ixtirası"
P. 64
lfo Bio Kasares
sürüşkən səthi ilə çırağın zərif lampası arasında vur-
nuxdum. Özümə sual verirdim ki, görən, Faustine
Alek ilə bir yerdə qaldı, yoxsa onlardan hansısa biri
Dora ilə bərabər, ya ondan əvvəl, ya da sonra
otaqdan çıxmışdı?
Bu səhər danışıq səslərinə oyandım (çox yorğun
və yuxulu olduğuma görə qulaq asa bilmirdim).
Sonra da səs kəsildi.
Muzeydən çölə çıxmaq istəyirdim. İri lampanı
sındırmaqdan və çöldən kiminsə başımı görməyindən
qorxa-qorxa yerimdə dikəlməyə başladım. Zülm-
zillətlə alebastrın kasasından özümü çölə atdım. Bir
balaca özümə gəlmək üçün pərdələrin arxasında
gizləndim. O qədər əldən düşmüşdüm ki, pərdələri
belə yerindən tərpədə bilmirdim; mənə elə gəlirdi
ki, onlar bəzi qəbir daşlarının üzərinə salınan daş
örtülər kimi möhkəm və ağırdır. Gözümün qabağında
sivil dünyada mövcud olan bəyaz çörəklər və digər
yeməli şeylər canlandı; bufetdə, yəqin ki, onlardan
var. Bəzən az qala özümdən gedirdim, ya da məni
gic gülmək tuturdu. Özümü toplayıb pilləkənin
kandarına qədər yeridim. Qapı açıq idi, heç kim
görünmürdü. Öz cəsarətimlə qürur duyaraq bufetə
keçdim. Ayaq səsləri eşitdim. Çölə açılan bir qapını
açmaq istədim, amma o yerindən tərpənməyən
dəstəklərdən biri ilə qarşılaşdım. Xidmətçi pilləkənlə
kimsə düşürdü. Girişə tərəf qaçdım. Küləşdən
hazırlanmış stulun qırağını və kiminsə çarpazlaşmış
ayaqlarını açıq qapıdan görə bilirdim. Əsas pilləkənə
64