Page 61 - "Morelin ixtirası"
P. 61
Morelin ixtirası

dolaşmışdı; bir neçə dəqiqə, bəlkə də, daha çox,
hər şeyi unudub Morelin və Faustinenin ayaqlarının
bir-birinə toxunub-toxunmadığını anlamağa çalışdım.
Bu zavallı məşğuliyyət qəfildən başa çatdı və qorxu
ilə əvəzləndi. Bir də gördüm ki, qırmızısifət, gözləri
yupyumru bir qulluqçu mənə baxır; o, qonaq otağına
keçdi. Ayaq səsləri eşitdim. Qaçaraq uzaqlaşdım.
Dairəvi zalda, akvarium döşəmənin üzərində, alebastr
sıralarının arasında gizləndim. Ayaqlarımın altında,
adaya təzə gələndə buradan ölü olaraq tapıb çıxar-
dığım balıqların eyniləri üzürdü.

***
Bir az sakitləşib qapıya yaxınlaşdım. Faustine,
masa yoldaşı Dora və Alek pilləkənlə qalxırdılar.
Faustine özünəxas ləngliklə hərəkət edirdi. Bu tükən-
məz bədən, upuzun ayaqlar və sərsəm bir ehtiras
uğrunda mən sakitliyimi, kainatı, xatirələrimi, həyat
dolu narahatlıqlarımı, dalğaların və bitki köklərinin
xüsusiyyətlərini öyrənməyimin mənə qazandırmış
olduğu zənginliyi itirmək təhlükəsini qəbul edirdim.
Onların ardınca getdim. Qəfildən bir otağa girdilər.
Üzbəüz otağın qapısı açıq, içərisi boş idi və işıq
yanırdı. Ehtiyatla içəri girdim. Əlbət ki, bu otağa
axırıncı dəfə kim giribsə, işığı söndürməyi unudub.
Yatağın və termonun görünüşü, otaqda kitabların,
paltarların və cüzi səliqəsizliyin belə olmaması,
burada heç kimin qalmadığına dəlalət edirdi.

61
   56   57   58   59   60   61   62   63   64   65   66