Page 57 - "Morelin ixtirası"
P. 57
Morelin ixtirası
– Özü səbəbini bilər hər halda (bu da ispanca).
Qulağımı şəkləmişdim. Bunlar başqa adamlar
idi. Bu təzə peyda olanlar (bu ölümcül adadakı məh-
rumiyyətlərdən, zəhərlərdən və istidən əzab çəkmiş
beynimin məhsulu) İberiyalı1 idi və danışdıqlarından
belə başa düşdüm ki, Faustine qayıtmayıb.
Mənim addımlarımı eşitmirmiş kimi, sanki orada
yoxuymuşam kimi rahat-rahat danışırdılar.
– İnkar eləmirəm, amma Morelin ağlına haradan
gəlib?...
Başqa bir adam acıqlı səslə onların söhbətini
yarımçıq qoydu:
– Nə qədər olar axı? Yemək bir saatdır ki, hazırdır.
Adam onlara dik-dik baxdı (o qədər dik baxdı ki,
mənə elə gəldi, o, mənə baxmamaq üçün özünü
güclə saxlayır) və dərhal qışqıra-qışqıra gözdən itdi.
Aşpaz da onun ardınca yollandı, qulluqçu isə əks
istiqamətdə qaçdı.
Mən özümü sakitləşdirməyə çalışırdım, amma
əsirdim. Qonq səsi gəldi. Vəziyyət o yerdə idi ki, ən
cəsur qəhrəmanlar da bu məqamda qorxardılar.
Məncə, istənilən adamın canına vəlvələ düşərdi.
Qorxum ən yüksək həddə çatmışdı. Xoşbəxtlikdən,
bu, uzun çəkmədi. Həmin qonqu xatırladım. Yemək
otağında tez-tez gözümə sataşardı. Aradan çıxmaq
istədim. Yavaş-yavaş özümə gəlirdim. Əslində, heç
qaçmaq da mümkün deyildi. Gecə vaxtı, bu tufanda,
1İberiya, yaxud Pireney yarımadası. İberiyalı, Pireney yarımadasının
sakini deməkdir.
57