Page 53 - "Morelin ixtirası"
P. 53
Morelin ixtirası

Sonra isə qəfildən hirslənərək şübhələnməyə
başladım ki, bəlkə də, bütün bunlar bir tamaşadır,
mənə qarşı hazırlanmış bir oyundur.

Bu yerdə gərək çalışıb, bir məsələdə Faustineni
inandıram – əsas, onunla mənəm (saqqallının bura
aidiyyəti yoxdur). Buna baxmayaraq, özümdə bu
adamı cəzalandırmaq, gülünc vəziyyətə salıb rüsvay
etmək istəyinin yarandığını hiss etməyə başlamışam.

Bunun üçün fürsət yarandı. Bu fürsətdən necə
istifadə edim? Nə isə bir şey fikirləşməyə çalışdım
(qəzəbdən partlayırdım).

Yerimdə dayanıb onun yolunu kəsmək üçün mü-
nasib anı gözləyirdim. Saqqallı Faustinenin yaylığını
və çantasını gətirməyə getmişdi.

Qayıdanda əlindəkiləri yelləyir və yeriyə-yeriyə
deyirdi (keçən dəfəki kimi):

– Söylədiklərimi ciddiyə almayın... Bəzən
düşünürəm ki...

Faustine ilə aramızda bir neçə metr məsafə var
idi. Mən tam olaraq nə edəcəyimi bilmədən, lakin
hər şeyə hazır halda qətiyyətlə irəli addım atdım.
Spontan hərəkətlər hər zaman kobudluq meydana
gətirir. Əlimi saqqallıya tərəf uzadıb, sanki onu
Faustineyə təqdim edirmiş kimi qışqırdım:

– La femme a barbe, madame Faustine! (Madam
Faustine, o, saqqallı bir qadındır!)

Uğursuz bir zarafat alındı; heç başa düşülmədi
ki, söz kimə ünvanlanıb. Saqqallı Faustineyə tərəf
yeridi və mənimlə toqquşmadı, çünki mən cəld
şəkildə özümü kənara atdım. Qadın suallarına davam

53
   48   49   50   51   52   53   54   55   56   57   58