Page 49 - "Morelin ixtirası"
P. 49
Morelin ixtirası

eləyib. Bu, mənim üçün bir üstünlük olardı – heç bir
təhlükə olmadan Faustineni qaçırda bilərdim.

***
Dünən qayalığa getmədim. Neçə dəfə olub,
özümə söz vermişəm ki, bu gün getməyəcəyəm.
Axşama yaxın isə fikrimi dəyişmişəm. Faustine
gəlmədi və kim bilir, bir də gələcəkmi?! Mənimlə
əyləncəsi başa çatıb (bağçamın tapdalanması ilə).
Artıq mənim varlığım birinci dəfə xoş gəlmiş və
kiminsə təkrarlamağa çalışdığı bir zarafat kimi onu
qıcıqlandıracaq. Çalışacağam elə edim ki, bu zarafat
bir də təkrarlanmasın.
Lakin qayalıqlarda olanda başımı itirmişdim. Öz-
özümə deyirdim ki, Faustinenin daha bura gəlməməyi
mənim günahımdır, mən qətiyyətlə görüşümüzdən
boyun qaçırmasaydım, belə olmazdı.
Təpəyə dırmaşdım. Kolların arxasından çıxdım,
iki kişi və bir qadınla rastlaşdım. Yerimdə dayanıb
nəfəsimi tutdum; toranlıqda aramızda cəmi beşcə
metr məsafə var idi. Kişilər arxası mənə dayanmışdı,
qadın isə üzübəri oturub mənə baxırdı. Qadın diksindi.
Qəfil arxaya dönüb muzeyə tərəf baxdı. Mən kolların
arxasında gizləndim. O, şən bir səslə dedi:
– Xəyalət nağıllarının vaxtı deyil. Gedək içəri.
Hələ də bilmirəm ki, doğrudan da, xəyalət nağıl-
ları danışırdılar, yoxsa “xəyalət” sözü qəribə nə isə
(mənim peyda olmağım) baş verdiyinə görə işləndi.

49
   44   45   46   47   48   49   50   51   52   53   54