Page 47 - "Morelin ixtirası"
P. 47
Morelin ixtirası

Bu dəfə başqa cür, şıltaqcasına gülürdü. Həmin
an ona nifrət etdiyimi xatırlayıram. Qadın saqqallı
adamla da, mənimlə də oyun oynayırdı.

– Bir-birimizi başa düşməməyimiz necə də pisdir.
Vaxt azdır, cəmi üç gün; sonra heç nəyin mənası
qalmayacaq.

Vəziyyəti yaxşı anlamıram. Bu adam ilk baxışda
mənim rəqibimdir. Lakin deyəsən, kədərlidir. Amma
bu kədərin də bir oyun olduğunu görsəm, təəccüblən-
mərəm. Faustinenin oyunu isə dözülməzdir, hətta
iyrəncdir.

Kişi bayaqkı sözlərinin ciddiliyini bir qədər azalt-
mağa çalışdı.

– Narahat olmayın. Ömrümüzün axırınadək
mübahisə eləyəsi deyilik... Ardınca, təxminən eyni
mənanı ifadə edən bir neçə söz də dedi.

– Morel, – Faustine səfehcəsinə dilləndi, – siz
bilirsiniz ki, müəmmalı adamsınız?

Faustinenin sualı adamın zarafatcıl əhvalını
dəyişdirə bilmədi.

Saqqallı adam onun çantasını və yaylığını
yaxınlıqda bir qayanın üstündən gətirməyə getdi.
Qayıdanda əşyaları əlində yelləyir və yeriyə-yeriyə
deyirdi:

– Söylədiklərimi ciddiyə almayın... Bəzən düşü-
nürəm ki, əgər sizin marağınızı oyada bilirəmsə...
Bircə acıqlanmayın...

O, gedəndə də, gələndə də zavallı gül bağçamı
tapdaladı. Bilmirəm bunu qəsdən elədi, yoxsa istə-

47
   42   43   44   45   46   47   48   49   50   51   52