Page 44 - "Morelin ixtirası"
P. 44
lfo Bio Kasares

qədər məndə etinasızlıq da yarandığını hiss edirdim.
Qadın kitabını açdı, bir əlini vərəqlərin arasında
qoyub, günbatana tamaşa etməyə davam elədi.
Gecə düşənə qədər də burada qaldı.

İndi cəzamı düşünə-düşünə özümə təsəlli verirəm.
Ədalətli hökmdür, yoxsa yox? Ona belə zövqsüz bir
bağça həsr elədikdən sonra nə gözləyim? Fikrimcə,
əgər öz əsərimi tənqid edə bilirəmsə, demək ki, bu,
məni ruhdan salmaz. Hər şeydən xəbərdar bir insan
olaraq, hesab edirəm ki, bu bağça məni qorxuda
bilməz. Hərçənd ki, onu mən yaratmışam.

Demək istəyərdim ki, belə bir işdə yaradıcılıq
çətinlikləri ortaya çıxır, öz içində paralel və tarazlı
şəkildə müxtəlif təxəyyülləri birləşdirməlisən və sair.
Amma nə fayda?! Bu təsəllilər hamısı mənasızdır.
Hər şey əldən getdi: qadınla birlikdə keçirə biləcəyim
həyat, yalnızlıqdan xilas olma. Çarəsiz halda, artıq
tamamilə əsassız olan bu monoloqu davam etdirirəm.

Əsəbi gərginliyimə baxmayaraq, bu gün tər-
təmiz, aydın gündüzün qadının əzəmətindən ilham
alaraq yerini gecəyə verməsinə tamaşa edəndə
özümdə ruh yüksəkliyi hiss elədim. Eyni ləzzəti gecə
yenidən duydum; yuxuda gördüm ki, Ombrellieri ilə
birlikdə Kəlküttədə kor qadınların olduğu fahişəxanaya
getmişik. Həmin qadın içəri girir və fahişəxana zəngin
və dəbdəbəli Florensiya sarayına çevrilir. Mən də
sevincimdən vəcdə gəlib, “Necə də romantikdir!”
deyə qışqırıram.

Lakin bir neçə dəfə yuxudan ayıldım və qadının
son dərəcə diqqətli nəzakətinə layiq olmadığımı

44
   39   40   41   42   43   44   45   46   47   48   49