Page 39 - "Morelin ixtirası"
P. 39
Morelin ixtirası
Gülləri tapdım (dərələrin dibi güllərlə doludur).
Ən az xoşagəlməz olanları kökündən çıxarmağa baş-
ladım. Rəngləri qeyri-müəyyən olanlar belə, olduqca
canlı görünür. Bir müddət sonra qoltuğuma yerləş-
mədikləri üçün onları səliqə ilə bir yerə cəmləmək
istəyirdim ki, baxdım ki, hamısı solub.
Az qala planımdan imtina etmək üzrə idim,
birdən yadıma düşdü ki, yuxarıda, muzey tərəflərdə
çoxlu gül olan başqa bir yer var... Hələ səhər tezdən
olduğuna görə, fikirləşdim ki, ora getməyim təhlükəli
olmaz. Çox güman ki, gəlmələr hələ yatırdılar.
Yuxarıdakı güllər bapbalacadır, çiçəkləri də sərtdir.
Bir neçəsini qopardım. Bayaqkılar kimi tez solmağa
tələsmirdilər.
Bu güllərin çatışmayan cəhəti bir ölçüləri, bir də
muzeydən baxanda görünən yerdə bitmələridir.
Bütün səhəri burada keçirdim və saat ondan tez
durmağı bacaran istənilən adam burada məni görərdi.
Lakin fəlakətin üz verməyi əslində çox asan olsa da,
bu dəfə xətasız ötüşdüm. Gülləri yığdığım müddətdə
gözüm muzey tərəfdə idi və oranın sakinlərindən
heç biri gözümə dəymədi; ona görə belə güman
edə bilərəm ki, onlar da məni görməyib.
Güllər çox balacadır. Əgər lap xırda bir bağça
alınmasını istəmirəmsə, gərək bu güllərdən minlərlə
basdıram (əslində elə xırda bağça daha qəşəng olardı
və hazırlanması da asan başa gələrdi, amma belə
olanda da birdən qadın onu görməyə bilərdi).
Həvəslə torpağı qazıb güllərin yerini hazırlamağa
və yağış suyu ilə sulamağa başladım. Torpaq hazır
39