Page 37 - "Morelin ixtirası"
P. 37
Morelin ixtirası

Qadın qayalıqlara gələndə mən günbatana ba-
xırdım. Bir müddət ayaq üstə dayanıb adyalını sərmək
üçün yer axtardı. Sonra mənə tərəf gəldi. Ona to-
xunmaq üçün qolumu uzatmağım kifayət idi. Bu
fikir məni bərk qorxutdu (sanki bir xəyalətə toxuna-
cağammış kimi). Məni görməzlikdən gəlməyində
hürküdücü bir şey var idi. Bununla belə, yaxınlığımda
oturmaqla sanki mənə meydan oxuyur və müəyyən
mənada bu etinasızlığa son qoymuş olurdu.

O, çantasından bir kitab çıxarıb oxumağa başladı.
Fürsətdən istifadə edib bir az özümü toxdatdım.

Sonra kitabı kənara qoyub baxışlarını yuxarı
qaldıranda öz-özümə fikirləşdim: “Artıq nə isə deməyə
hazırlaşır”. Lakin bu, baş vermədi. Səssizlik getdikcə
artırdı. Sükutu pozmamağın böyük səhv olduğunu
dərk eləsəm də, niyəsə inadkarlıq göstərməyib sakit
dayandım.

Yoldaşlarından heç biri məni axtarmağa gəlməyib.
Bəlkə də, onlara mənim haqqımda heç danışmayıb;
ya da ki onlar mənim adanı yaxşı tanımağımdan
çəkinirlər (yəqin, elə buna görə qadın hər gün bura
gəlir və başımı qatmaq üçün özünü sentimentallığa
vurur). İçimdə bir inamsızlıq var. Mənə qarşı istənilən
gizli planı pozmağa hazıram.

Hiss edirəm ki, hər şeyin yalnız pis nəticələrini
təxmin etməyə meyilli olmuşam. Bu hal məndə son
üç, ya dörd ildə əmələ gəlib; bu, təsadüf deyil və
məni incidir. Qadının bura gəlməyi, onunla qurmağa
çalışdığım yaxınlıq – bunlar hamısı mənim təsəvvür

37
   32   33   34   35   36   37   38   39   40   41   42