Page 32 - "Morelin ixtirası"
P. 32
lfo Bio Kasares
***
O yaylıqlı qadın artıq mənim üçün çox gərəklidir.
Yəqin ki, bu heç nə ummamaq cəhdləri bir az gü-
lüncdür. Həyatı riskə atmamaq üçün ondan heç nə
gözləməmək; ölməmək üçün özünü ölmüş kimi
aparmaq – tezliklə bütün bunlar mənə dəhşətli və
qorxulu bir ətalət kimi göründü; buna son qoyma-
lıyam. Qaçışımdan sonra bədənimi məhv edən yor-
ğunluğa uzun müddət fikir vermədən yaşadıqdan
sonra, nəhayət, bir az toxtamışam. Ola bilsin ki, ye-
ni qərarlarım məni təzədən keçmişimə, hakimlərin
qabağına qaytarsın; lakin son çəkdiyim iztirablardansa,
bunu üstün tuturam.
Hər şey səkkiz gün bundan əvvəl başladı. Həmin
gün möcüzə baş verdi və adada insanlar peyda oldu;
həmin gecə qərb tərəfdəki qayalıqların dibində
titrəyirdim. Öz-özümə deyirdim ki, bütün bunlar
çox bayağıdır, yəni istər qadının qaraçı görünüşü,
istərsə də uzun müddət tək qalmağın nəticəsi kimi
mənim aşiq olmağım. Növbəti iki axşam da ora get-
dim. Qadın orada idi; dərk etməyə başladım ki, ye-
ganə möcüzəli olan şey elə bu qadındır. Sonra acı-
nacaqlı günlər başladı – onu görə bilmədiyim günlər,
balıqçıların qabağıma çıxması, saqqallı adam, daşqın
və onun nəticələrinin aradan qaldırılması. Bu gün
axşam tərəfi...
32