Page 31 - "Morelin ixtirası"
P. 31
Morelin ixtirası

Səs-küyün arasında uzaqdan gələn, qısa bir
melodiyadan parçalar eşitdim... sonra səs kəsildi və
mən düşündüm ki, bu, yəqin ki, Leonardonun dediyi
kimi, adamın rütubət ləkələrinə uzun müddət baxanda
müxtəlif fiqurlar görməyə başlaması kimi bir şeydir.
Musiqi yenidən səslənməyə başladı və mən onun
harmoniyası altında, gözləri dumanlı vəziyyətdə,
eyni zamanda qorxudan büzüşüb qaldım.

Bir az keçəndən sonra pəncərəyə tərəf getdim.
Şüşədən süzülən tutqun rəngli su havada tünd rəng
alırdı və çöl, demək olar, görünmürdü... O qədər
təəccüblənmişdim ki, açıq qapıdan boylanmağa belə
çəkinmədim.

Burada ağlasığmaz snob1 insanlar yaşayır (ya da
ki, bunlar dəlixanadan qaçmış xəstələrdir). Tamaşa-
çıları olmasa da – bəlkə də, lap əvvəldən mənim
onlara tamaşa etdiyimi nəzərə alıblar – bu adamlar
orijinallıq xətrinə narahatlığın dözülə bilən bütün
hədlərini aşır və öz həyatlarını təhlükəyə atırlar. Bu
danışdıqlarım əsla qəzəbimin məhsulu deyil, tamamilə
həqiqətdir... Akvariumlu salona qonşu olan yaşıl
otaqdakı fonoqrafı çölə çıxardıblar, kişilər və qadınlar
ya skamyalarda, ya da otun üstündə oturub
söhbətləşir, musiqi dinləyir, yağışlı və az qala bütün
ağacları yerindən qoparmaq üzrə olan küləkli fırtınanın
ortasında rəqs edirlər.

1snob – aristokrat cəmiyyətinin zövq və ədalarını kor-koranə təqlid et-
məyə çalışan və yerdə qalan hər şeyə xor baxan adam

31
   26   27   28   29   30   31   32   33   34   35   36