Page 34 - "Morelin ixtirası"
P. 34
lfo Bio Kasares

ğımdan, xüsusən də aşağıdan baxanda, yəqin ki, o,
məni bədheybət bir şeyə oxşatmalıydı.

Gəlmələr hər an ortaya çıxa bilər. Onlara nə ba-
şa salacağımı bilmirəm. Amma qorxmuram.

Bu qadının mənim üçün özəlliyi yalnız qaraçıya
bənzəməkdən ibarət deyil. Onun cəsarəti məni hey-
rətləndirir. O, qətiyyən məni gördüyünü hiss elət-
dirmədi; nə qeyri-ixtiyari bir jest, nə bir kirpik hərə-
kəti.

Günəş hələ də üfüqdə görünürdü (əslində görü-
nən günəşin özü deyil, bir növ əksi idi; günəşin bat-
mış, yaxud batmaqda olduğu an idi və orada olmasa
da, onu görə bilirdin). Qayaları cəld şəkildə dırmaşdım
və qadını gördüm – qarışıq rəngli yaylığı, əlləri dizinin
üstündə, uzaqlara zillənmiş baxışları... Nəfəsimi zorla
dərməyə çalışdım. Dəniz, sıldırım qayalar sanki
gözümün önündə titrəyirdi.

Elə bunu fikirləşirdim ki, lap yaxınlıqda dənizin
yorğun uğultusunu eşitdim; sanki dəniz düz yanımda
idi. Bir az sakitləşdim. Bu səsdə çətin ki, qız mənim
dərindən nəfəs alıb-verdiyimi eşidəydi.

Birdən onunla danışmalı olduğum məqamı bir
az da təxirə salmaq üçün köhnə bir psixoloji qanunu
xatırladım. Yaxşı olar ki, onunla danışmaq üçün
yuxarıdan-aşağı doğru baxa biləcəyim hündür bir
yer seçim. Bu fiziki üstünlük eyiblərimi bir az da
olsa kompensasiya edərdi.

Başqa qayalara da dırmaşdım. Bu səylərim məni
bir az da əldən saldı. Digər iki məqam da var idi ki,

34
   29   30   31   32   33   34   35   36   37   38   39