Page 35 - "Morelin ixtirası"
P. 35
Morelin ixtirası
məni narahat edirdi. Birincisi, tələsmək; mən qarşıma
məqsəd qoymuşdum ki, nə olur olsun, bu gün
onunla danışmalıyam. Ona görə bu kimsəsiz və
qaranlıq yerdə onu qorxutmamaq üçün artıq bir
dəqiqə belə itirə bilməzdim. İkincisi, məndə yaratdığı
təəssürat; oturuşundan sanki görünməyən bir foto-
qrafa poza verirdi. O, gecə qədər, hətta ondan da
çox sakit idi və mən onun bu sükutunu pozmalı
idim. Söhbətə başlamaq təhlükəli addım olardı. Heç
səsimin çıxacağından da əmin deyildim.
Bir müddət gizləndiyim yerdən ona tamaşa
elədim. Sonra qorxdum ki, məni ona gizlin baxdığım
vəziyyətdə görər; irəli çıxdım, bu, yəqin ki, bir az
qəfil alındı; lakin onun sinəsi eyni rəvanlıqla tərpənir,
baxışları isə məndən yan keçirdi; sanki mən gözəgö-
rünməz idim.
Özümü saxlaya bilmədim.
– Xanım, xahiş edirəm, mənə qulaq asın! – rica-
mı qəbul etməyəcəyini düşünərək belə dedim, çünki
o qədər həyəcanlı idim ki, ona deyəcəyim sözlər də
yadımdan çıxmışdı. Mənə elə gəldi ki, “xanım”
kəlməsi adada bir az yöndəmsiz səsləndi. Bir də ki,
müraciətim bir az amiranə alındı (qəfil ortaya çıx-
mağımı, saatın gec olduğunu və burada heç kəsin
olmadığını da nəzərə alsaq). – Bilirəm ki, iltifat
göstərməyəcəksiniz və...
Sonra dediklərimi dəqiq xatırlamıram. Huşum
demək olar ki, özümdə deyildi. Alçaq və təmkinli bir
səslə danışırdım, lakin tərzim yenə də ədəbsiz təsir
35