Page 36 - "Morelin ixtirası"
P. 36
lfo Bio Kasares
bağışlayırdı. Yenə ona “xanım” dedim. Sonra susdum
və günbatana tamaşa eləməyə başladım. Ümid elədim
ki, bu hüzurlu mənzərəyə bir yerdə baxmaq bizi
yaxınlaşdırar. Təzədən danışmağa başladım. Özümü
idarə edə bilmək üçün səy göstərdiyimə görə səsim
daha da yavaş çıxır və bu səbəbdən səsimin tonu bir
az da ədəbsiz alınırdı. Yenə bir neçə dəqiqə sakit
dayandım. Sonra təkid etməyə, yalvarmağa başladım
və çox ikrah doğuran bir mənzərə yarandı. Axırda
onunla lap gülünc davrandım; iztirab dolu bir səslə,
az qala qışqıra-qışqıra ona yalvardım ki, məni təhqir
eləsin, ələ versin, amma bircə susmasın.
Mənə elə gəldi ki, o, nəinki məni eşitməmişdi,
ya da görməmişdi, sanki qulaqları eşitməyə yaramırdı,
gözləri də görməyə xidmət etmirdi.
Əslində müəyyən mənada qadın məni alçaltmış
oldu və sübut elədi ki, məndən qorxmur. O, tikiş
çantasını götürüb tələsmədən təpə boyunca yuxarıya
doğru getməyə başlayanda artıq qaranlıq düşmüşdü.
Görünür, adamlar məni axtarmağa gəlməyiblər.
Bu gecə, yəqin ki, heç gəlməzlər. Bəlkə də, bu qadın
o qədər qeyri-adi biridir ki, mənim ortaya çıxmağımı
onlara xəbər verməyib. Gecə qaranlıqdır. Adanı yaxşı
tanıyıram. Gecə vaxtı arxamca ordu da gəlsə, qorx-
maram.
***
Növbəti dəfə o, yenə də məni görmürmüş kimi
davrandı. Bu dəfə sakit dayanmaqdan savayı, məncə,
başqa heç bir səhvə yol vermədim.
36