Page 38 - "Morelin ixtirası"
P. 38
lfo Bio Kasares
edə bilməyəcəyim dərəcədə xoşbəxt bir dəyişiklikdən
xəbər verir... Olsun ki, mən saç-saqqalımı, yaşımın
çoxluğunu, uzun müddət qarğış kimi yaxamdan əl
çəkməyən polis tərəfindən təqib edildiyimi və yəqin
ki, hələ də axtarışda olduğumu unutmuşam. Özümü
yalançı ümidlərə təslim edə bilmərəm. Bu cümləni
yazdığım yerdə elə adına “ümid” deyə biləcəyimiz
yeni bir fikir gəlir ağlıma. Düşünmürəm ki, qadının
haradasa xətrinə dəymişəm, bəlkə də, yüngülvari
üzrxahlıq etmək yerinə düşərdi. Belə vəziyyətlərdə
kişi nə edir? Gül göndərir. Yox, düşük bir fikirdir...
Hərçənd belə şit hərəkətlər lazımi ölçüdə və səmimi
edildikdə ürəkləri fəth edir. Adada gül çoxdur. Mən
gələndə hovuzun və muzeyin ətrafında bir neçə
topa var idi. Hər halda, qayalıqların ətrafındakı qa-
zonun üzərində balaca bir gül bağçası sala bilərəm.
Bəlkə, birdən təbiət bizə bir qadının iltifatını qazan-
mağa kömək edər, bəlkə, beləcə, sükuta və həddən
artıq ehtiyatlılığa son qoyular. Bu, mənim son poetik
addımım olacaq. Rəngləri bir-birinə uyğunlaşdırmağı
bacarmıram; rəssamlıqdan demək olar, qandığım
heç nə yoxdur... Yenə də inanıram ki, bağçılıq həvəsimi
nümayiş etdirəcək təvazökar bir iş ortaya çıxara
biləcəyəm.
***
Sübh tezdən qalxdım. Hiss edirdim ki, fədakar
yanaşmam işi uğurla başa çatdırmağıma kifayət
edəcəkdir.
38