Page 40 - "Morelin ixtirası"
P. 40
lfo Bio Kasares
olandan sonra başqa güllər də gətirməyə getməliyəm.
Məni görməmələri üçün əlimdən gələni edəcəyəm.
Xüsusən də gərək elə eliyəm ki, işimi yarıda kəsmə-
sinlər, nə də tam hazır olmamış görməsinlər. Unut-
muşam ki, güllərin yerini dəyişdirəndə bəzi atmosfer
şərtlərini də nəzərə almaq lazımdır. Yenə də, bu
qədər təhlükədən və əziyyətlərdən sonra bu güllərin
günbatana qədər solub gedəcəyini düşünmək belə
istəmirəm.
Təəssüf ki, bağçılıq estetikasına malik deyiləm;
amma hər halda, bu qədər kol-kosun və alaq otunun
arasında mənim yaratdığım iş təsirli görünəcək.
Təbii ki, yalançı bir şey olacaq; lakin planıma əsasən,
bu axşam bağça baxımlı görünməlidir; sabaha qədər
isə, yəqin ki, solmuş olar, ya da, ümumiyyətlə, gülsüz
qalar (əgər külək qalxsa).
Layihəmi təsvir etməyə bir az utanıram. Gözəl
bir qadının iri planda təsviri; əlləri dizinin üstündə,
oturub günbatana tamaşa edir; yarpaqdan düzəldilmiş
cılız bir kişi təsviri qadının önündə diz çöküb (bu təs-
virin altında mötərizədə “MƏN” sözünü yazacağam).
Aşağıdakı yazı da belə olacaq:
Ecazkar, yaxın və sirli,
Qızılgültək canlı sükut içində
***
Yorğunluğum demək olar ki, xəstəlik halını alıb.
Axşam saat altıya qədər ağacların altında rahatca
uzanıb dincələ bilərəm. Hələlik bu istirahəti sonraya
40