Page 45 - "Morelin ixtirası"
P. 45
Morelin ixtirası
düşünüb kədərləndim. Yadımdan çıxmayacaq – qadın
zövqsüz bağçamın onda yaratdığı ikrah hissinə güc
gəldi və mərhəmətli davranaraq özünü sanki onu
görməmiş kimi apardı. Bu arada, “Valensiya” və “İki
nəfərlik çay” mahnılarını səhər açılana qədər təkrar-
layan fonoqrafın səsi də lap başıma düşürdü.
***
Taleyim haqda ümidlə, ya qorxu ilə, zarafatla,
ya ciddi, yazdığım hər şey qanımı qaraldır.
Özümü heç yaxşı hiss etmirəm. Sanki uzun
müddətdir davranışlarımın pis nəticələnəcəyini bilir,
lakin inadla və axmaqcasına eyni qaydada davam
edirdim... Adam yalnız yuxuda, ya da başı xarab
olanda bu cür davranır... Bu gün nahardan sonra
simvolik və gələcəyi xəbər verən bir yuxu gördüm.
Görürəm ki, kroket oynayıram və bilirəm ki, bir
adamı öldürmək üzrəyəm. Yekunda həmin adam
istər-istəməz elə mən özüm oluram.
Kabus davam edir... Qəti surətdə iflasa uğramışam
və oturub yuxu danışıram. Oyanmaq istəyirəm,
amma ən qorxulu yuxulardan oyanmağa mane olan
müqavimətlə rastlaşıram.
Bu gün qadın istədi ki, mən onun laqeydliyini
hiss eləyim və buna nail oldu. Lakin o, çox insafsız
davranır. Mən bir qurbanam; bununla belə məsələni
obyektiv surətdə dəyərləndirə bildiyimə inanıram.
Növbəti dəfə qadın iyrənc tennisçi ilə bir yerdə
gəldi. Bu adamın xarici görünüşü istənilən qısqanc
45