Page 46 - "Morelin ixtirası"
P. 46
lfo Bio Kasares

adamı sakitləşdirər. Tennisçinin boyu çox uzundur;
əynində tünd-qırmızı rəngli, hədsiz böyük tennis
gödəkcəsi, ağ rəngli şalvar və ağ-sarı rəngli kobud
ayaqqabı vardı; saqqalı elə bir taxmadı; saralmış,
gicgah nahiyəsində mərmər rənginə çalan dərisi
qadın dərisini xatırladır; gözləri tünd, dişləri isə
iyrəncdir; yavaş-yavaş danışır; danışanda balaca,
yumru ağzını iri açıb, uşaq kimi ciyildəyir; hər dəfə
də alt dişlərinə yapışmış qırmızı dili görünür; əlləri
olduqca uzun və solğundur; uzaqdan baxsam da,
əllərinin daim nəm olduğunu hiss edə bilirəm.

Mən dərhal gizləndim. Bilmirəm, qadın məni
gördü, ya yox; məncə, gördü, çünki bir dəfə də
olsun, məni axtarmaq üçün ətrafa boylanmadı.

Əminəm ki, kişi uzun müddət bağçamın fərqinə
varmadı. Qadınsa görməzlikdən gəldi.

Fransızca bir neçə kəlmə eşitdim. Sonra danışma-
dılar. Qəfildən kefləri pozulmuş kimi dənizə baxırdılar.
Kişi nə isə dedi. Hər dəfə dalğa qayalara çırpılanda
mən cəld şəkildə iki-üç addım atıb bir az da yaxın-
laşırdım. Fransızdırlar. Qadın başını tərpətdi; nə
dediyini eşitmədim, amma şübhəsiz ki, rədd cavabı
idi; gözlərini yumub acı-acı, ya da ləzzətlə gülüm-
səyirdi.

– İnanın mənə, Faustine, – saqqallı adam ümid-
sizliyini gizlədə bilmədən dedi. Beləcə, qızın adını
öyrənmiş oldum – Faustine (lakin artıq heç bir
mənası yox idi).

– Yox... Mən bilirəm məqsədiniz nədir.

46
   41   42   43   44   45   46   47   48   49   50   51