Page 48 - "Morelin ixtirası"
P. 48
lfo Bio Kasares
mədən belə alındı; ikinci variant məni daha çox
qıcıqlandırır. Faustine bunu gördü, and olsun ki,
gördü, amma məni bu təhqirdən xilas etmək istəmədi;
gülə-gülə, həvəslə suallar verirdi, sanki lap maraqdan
ölürmüş. Onun davranışını nankorluq hesab edirəm.
Aydındır ki, bağça çox zövqsüz alınmışdı. Axı daha
niyə imkan verirdi ki, saqqallı onu tapdalasın?! Onsuz
da mən kifayət qədər tapdalanmamışammı?!
Belə insanlardan nə gözləmək olar? Əslində hər
ikisinin tipi tərbiyəsiz açıqçalar hazırlayan şirkətlərin
axtardıqları ideal tiplərlə tam üst-üstə düşür. Bir-
birinə yaraşırlar: rəngi qaçmış uzunsaqqal və iri
gözlü bir qaraçı... Hətta mənə elə gəlir ki, hər ikisinin
şəklini Karakasdakı məşhur küçədə satılan kollek-
siyalarda görmüşəm.
Hələ də özümə sual verirəm: Nə düşünməliyəm?
Şübhəsiz ki, qadın nifrət oyadır. Bəs yaxşı, məqsədi
nədir? Yəqin ki, uzunsaqqallını da, məni də barmağına
dolayıb; ola da bilər ki, uzunsaqqaldan, sadəcə məni
dolamaq üçün bir vasitə kimi istifadə edir. Saqqallının
əzab çəkməsi onun vecinə də deyil. Bəlkə də, Morelin
varlığı qadının mənə qarşı laqeydliyinin daha bəlağətli
formasıdır və bu, laqeydliyin ən yüksək həddə qalxıb,
yekunda başa çatmaq üzrə olduğuna bir işarədir.
Yaxşı, bəs əgər elə deyilsə... Uzun zamandır ki,
məni görmür... Məncə, bir az da belə davam eləsə,
ya onu öldürəcəyəm, ya da dəli olacağam. Arada
mənə elə gəlir ki, adanın cənub hissəsinin olduqca
zərərli həyat şəraiti, bəlkə də, məni gözəgörünməz
48