Page 43 - "Morelin ixtirası"
P. 43
Morelin ixtirası

Yekunda ruhdan düşdüm. Güllərdən hazırladığım
yazı axırda belə oldu:

Utancaq bir sevgi nişanəsi

***
Hər şey elə gözlənildiyi kimi, lakin inanılmaz
dərəcədə sakit keçdi. Batdım. Bu bağçanı hazırlamaqla
mən dəhşətli bir səhvə yol vermişəm. Ayaksın – ya
da başqa yunan adı idi, artıq xatırlamıram – heyvanları
doğramaqla etdiyi səhv qədər böyük bir səhv; amma
indiki vəziyyətdə öldürülmüş heyvanları mən təmsil
edirəm.
Qadın həmişəkindən daha tez gəldi. İçində kitab
görünən çantasını daşın üstünə qoydu, nisbətən
hamar olan digər bir daşın üzərinə də adyalını sərdi.
Əynində tennis köynəyi, başında bənövşəyi rəngə
çalan yaylıq var idi. Bir müddət sanki yuxulu halda
dənizə baxdı, sonra yerindən qalxıb kitabın dalınca
getdi. Qadın, insanların adətən təklik vaxtlarında
olduğu kimi, rahatlıqla hərəkət edirdi. Kitabın
arxasınca gedəndə də, gələndə də gül bağçamın
yanından keçdi, amma onu görmürmüş kimi davrandı.
İndi mən heç istəmirdim ki, ona baxsın; əksinə,
qadın peyda olan kimi, nə qədər böyük səhv elədiyimi
anladım və bütün ümidlərimi puç edə biləcək bu işi
həmin an pozub yox etmək iqtidarında olmadığım
üçün dərindən təəssüfləndim. Sonra yavaş-yavaş
özümü ələ almağa başladım, getdikcə, hətta bir

43
   38   39   40   41   42   43   44   45   46   47   48