Page 41 - "Morelin ixtirası"
P. 41
Morelin ixtirası

saxlayacağam. Yəqin ki, mən həyəcanlıyam, ona gö-
rə də özümdə yazmaq ehtiyacı duyuram. Bəhanəm
də odur ki, hazırda hərəkətlərim məni üç gələcəkdən
birinə doğru aparır: qadınla birlikdə olmaq, tənhalıq
(buna ölüm də demək olar, son illərimi təkbaşına
keçirmişəm, amma bu qadını tanıdıqdan sonra artıq
bu, mümkün deyil), ya da dəhşətli mühakimə. Bun-
lardan hansı mənim taleyimə yazılıb? Bunu vaxtından
qabaq bilmək çətindir. Lakin bu gündəliyin üzərində
işləməyim çox faydalı olan gələcəyi görə bilmək
qabiliyyətimi gücləndirə bilər və yəqin ki, özümə
daha yaxşı aqibət hazırlamaqda mənə yardımçı olar.

Əsl sənətkar kimi işlədim; nəticəyə baxanda heç
deməzsən ki, bu işi mən görmüşəm. Hər bir əməliyyat
üzərində əzmlə çalışmaq, hər bir gülün basdırılmasına
və ondan əvvəlki ilə sıra üzrə uyğunlaşdırılmasına
diqqət etmək lazımdır – yəqin ki, elə möcüzə də
belə məqamlardan asılı olur. İşin gedişatında yekun
nəticəni təxmin eləmək mümkün deyildi; bu, səliqəsiz
gül yığını da ola bilərdi, yaxud qadın fiquru da.

Bununla belə, əsərim hazırlıqsız görülmüş işə
bənzəmir; kifayət qədər səliqəli görünür. İlkin layihəmi
gerçəkləşdirə bilmədim. Fikrən, əlləri dizinin üstündə,
oturmuş qadın yaratmaqla ayaq üstə dayanmış qadın
yaratmaq arasında elə bir fərq yoxdur. Lakin söhbət
güllərlə işləməkdən gedirsə, birincini hazırlamaq
demək olar, mümkün deyil. Yaratdığım əsərdə qadın
qarşıdan görünür, başını və ayaqlarını yana əyib
günbatana tamaşa edir. Baş hissəsi sifətindən və

41
   36   37   38   39   40   41   42   43   44   45   46