Page 42 - "Morelin ixtirası"
P. 42
lfo Bio Kasares

bənövşəyi güllərdən hazırladığım yaylıqdan ibarətdir.
Dərisi yaxşı çıxmadı; məni eyni zamanda həm itələyən,
həm də cəlb edən o qarayanız rəngi alındıra bilmədim.
Paltarını mavi, ətəyini isə bəyaz rəngli güllərlə
işləmişəm. Günəşi, adada olan qəribə günəbaxanlarla
düzəltmişəm. Dəniz eyniylə paltarın işləndiyi güllər-
dəndir. Mən profildən görünürəm, dizüstə çökmüşəm.
Özüm çox balaca (qadının üçdə biri boyda) və yaşıl
rəngliyəm; yarpaqlardan düzəlmişəm.

Altdakı yazını da dəyişdim. Əvvəl nəzərdə
tutduğum çox uzun alınırdı, güllərlə əmələ gətirmək
olmurdu. Əvəzində bu cümləni fikirləşdim:

Bu adada məni “ölüm” adlı yuxudan oyandırdın.

Yuxusuzluqdan əziyyət çəkən bir ölü olmaq
xoşuma gəlirdi. İfadənin gözəl alınması xətrinə
nəzakətsizlik etmiş oldum; ifadəmdə gizli bir danlaq
oxuna bilərdi. Yenə də bu cümləmdən əl çəkmirdim.
Deyəsən, özümü keçmiş ölü kimi qələmə vermək
həvəsim və bu qadının yanında ölümün mümkün
olmaması kimi bayağı bir ideyanın ədəbi cəhətdən
uğurlu olması barədə fikrim gözümü tutmuşdu. Bu
fikir çərçivəsində müxtəlif variasiyalar bəzən qorxunc
səslənirdi.

Bu adada bir ölünü diriltdin.
Yaxud:

Artıq ölü deyiləm, aşiqəm.

42
   37   38   39   40   41   42   43   44   45   46   47