Page 50 - "Morelin ixtirası"
P. 50
lfo Bio Kasares
Getdilər. Yaxınlıqda başqa bir kişi ilə bir qadın
gəzişirdi. Qorxdum ki, məni görərlər. Cütlük bir az
da yaxınlaşdı. Tanış səs eşitdim:
– Bu gün ... görməyə getmədim..
Ürəyim əsdi. Mənə elə gəldi ki, söhbət məndən
gedirdi.
– Buna görə çox heyifsilənirsən?
Faustinenin nə dediyini eşidə bilmədim. Uzun-
saqqal bir az irəli gedə bilmişdi – artıq bir-birilərinə
“sən” deyə müraciət edirdilər.
Geriyə, adanın alçaq hissəsinə qayıtdım və qəti
qərar verdim ki, dəniz məni yuyub aparana qədər
burada qalacağam. Gəlmələr məni axtarmağa gəlsələr,
qaçmayacaq və onlara təslim olmayacağam.
Faustinenin qarşısına çıxmamaq qərarım dördcə
gün qüvvədə qaldı (işimi artıran iki böyük qabarmanın
da yardımı ilə).
Qayalıqlara tez getdim. Sonra da Faustine və o
saxta tennisçi gəldi. Təmiz fransızca danışırdılar; çox
təmiz – demək olar, cənubi amerikalılar kimi.
– Mənə olan etibarınızı tamamilə itirmişəm?
– Elədir ki, var.
– Əvvəllər mənə inanardınız.
Bir-birinə artıq “sən” deyə müraciət etmədiklərini
müşahidə elədim, lakin dərhal yadıma düşdü ki, in-
sanlar “sən”lə danışanda bəzən özlərindən asılı ol-
madan “siz” kəlməsini işlədə bilirlər. Bəlkə də, belə
düşünməyim eşitdiyim söhbətdən qaynaqlanır. Bu
söhbətdə də keçmişdən danışılırdı, sadəcə mövzu
fərqli idi.
50