Page 55 - "Morelin ixtirası"
P. 55
Morelin ixtirası

Boş evdə qışqırmağa başladım: “Faustine! Faus-
tine!”. Cavab gəlmədi.

Ortada iki fakt, daha doğrusu, bir fakt və bir
xatirə var. İndi mən onları tutuşdurub, baş verənlərə
bir izahat tapmağa çalışıram. İş ondadır ki, son
vaxtlar mən yeni bitki köklərinin dadına baxırdım.
Səhv eləmirəmsə, Meksika hindularına məlum olan,
bitki köklərinin suyundan hazırlanmış bir içki var ki
– bu özü də bir xatirədir (yaxud yadırğamadır) – onu
içən adam bir neçə gün sayıqlayır. Buradan çıxarılan
nəticə (Faustine və yoldaşlarının adada olmalarına
dair) məntiqi cəhətdən qəbul edilə biləndir; hərçənd
mən yalnız öz-özümlə oynadığım halda bunu ciddi
qəbul edə bilərəm. Deyəsən, doğrudan da, oyun
oynayıram: indicə Faustineni itirmişəm və bütün bu
nəticələri ixtiyari bir müşahidəçinin, üçüncü bir
şəxsin gözü ilə təhlil edirəm.

Çox keçmədi ki, hər şeydən şübhələnən bir adam
kimi, axtarışda olduğumu və ədliyyənin qorxunc
gücünü xatırladım. Bəlkə də, bütün bunlar həddən
ziyadə bir hiylədir? Ruhdan düşmək və arxayınlaşmaq
olmaz; yoxsa dəhşətli fəlakət üz verə bilər.

Kilsəni və zirzəmiləri yoxladım. Qərara aldım ki,
yatmazdan qabaq bütün adanı gəzim. Qayalıqlara,
təpənin otlu yamaclarına, çimərliklərə, hətta alçaq
ərazilərə də (həddən artıq ehtiyatlılıq ucbatından)
baş çəkdim. Yekunda gəlmələrin adada olmadığını
qəbul etməli oldum.

Muzeyə qayıdanda artıq gecə düşmüşdü. Əsəbi
idim. Parlaq elektrik işığı istəyirdim. Açarlardan bir

55
   50   51   52   53   54   55   56   57   58   59   60