Page 60 - "Morelin ixtirası"
P. 60
lfo Bio Kasares
Morel adada futbol meydançası və ya tennis kortu
tikmək planları haqqında həvəslə danışmağa başladı.
Muzeyin sakinlərini indi daha yaxşı tanıya bildim.
Faustinenin solunda sarı, buruq saçlı, güləyən, yekə
başını inadkar at kimi bir az qabağa əymiş bir qadın
oturub, adı da, deyəsən, Dora idi. Sağında isə
qarayanız, gözləri canlı, qalın qaşlı cavan bir kişi
oturmuşdu. Sonra İrene adlı hündür, yastıdöş bir
qız var idi; qızın qolları həddən artıq uzun, üzündəki
ifadə də iyrənc idi. Bir də mən təpəyə qalxdığım
axşam “xəyalət nağıllarının vaxtı deyil” deyən həmin
o qadın da masada idi. Digərlərini xatırlamıram.
Mən balaca olanda şəkilli kitablara baxa-baxa
ixtiralar eləmək oyunu oynayırdım; şəkillərə uzun-
uzadı baxıb, müxtəlif yeni predmetlər tapırdım və
oyun bu şəkildə davam edirdi. Burada da bir müddət
məcburən dilxor halda Fujitanın qadın, pələng, ya
da pişik təsvirləri olan rəsmlərinə tamaşa elədim.
Süfrə başında əyləşənlər vestibülə keçdilər. Asta-
asta və qorxa-qorxa – həm vestibüldə, həm də zir-
zəmidə (qulluqçular) düşmənlərim var idi – xidmətçi
pilləkənlə arakəsmənin arxasındakı qapının yanına
düşdüm. İlk gördüyüm İrene adlı qadın oldu; alebastr
çırağının yanında oturub nə isə toxuyur və başqa
bir qadınla söhbət edirdi. Gözüm digərlərini də
axtardı və ehtiyatsızlıqla başımı uzadanda Moreli
bir masa ətrafında beş nəfər adamla kart oynayan
gördüm. Arxası mənə tərəf oturan qız Faustine idi.
Masa balaca idi və oturanların ayağı bir-birinə
60