Page 59 - "Morelin ixtirası"
P. 59
Morelin ixtirası

***
“Məni dərhal tutacaqlar və bütün çaşqınlığa son
qoyulacaq” fikri ilə pilləkənin altından boylandım.
Heç kim yox idi.
Pilləkənlərlə yuxarı qalxıb, antresolun dəhlizi
boyunca irəlilədim. Dörd balkondan birində, tünd
rəngli yarpaqların və gil heykəlciklərinin arasından
başımı uzadıb yemək otağına boylandım.
Masa ətrafında on iki nəfərdən çox adam otur-
muşdu. Mənə elə gəldi ki, bunlar yeni zelandiyalı,
ya avstraliyalı turistlərdir; buraya əməlli-başlı köçüblər
və tezliklə getmək fikirləri yoxdur.
Yaxşı xatırlayıram: oturanların hamısına nəzər
saldım, turist olub-olmadıqlarına diqqət elədim,
əvvəlkilərə bənzəmədiklərini anladım və yalnız onda
Faustine haqda düşündüm. Gözlərimlə onu axtardım
və dərhal da tapdım. Xoş bir sürprizlə qarşılaşdım:
saqqallı adam Faustinenin yanında deyildi; lakin
vaxtından qabaq sevinmişəm; uzunsaqqalın burada
olmadığına özümü inandırmağa macal tapmamış,
onu Faustinenin qarşısında gördüm.
Masada cansız söhbət gedirdi. Morel ölümsüzlük
mövzusunu ortaya atdı. Səyahətlər, bayramlar, qi-
dalanma qaydaları haqqında danışdılar. Faustine və
sarışın bir qız dərmanları müzakirə elədilər. Saçını
səliqə ilə daramış, şərqli tipli, yaşılgözlü cavan oğlan
olan Alek öz yun ticarətindən danışmaq istədi, lakin
bu, heç kimdə maraq oyatmadı, o da təkid eləmədi.

59
   54   55   56   57   58   59   60   61   62   63   64