Page 62 - "Morelin ixtirası"
P. 62
lfo Bio Kasares
Muzeyin digər sakinləri də otaqlarına gedəndə
mən bir az narahat oldum. Pilləkəndə ayaq səsləri
eşitdim və otağın işığını söndürmək istədim; amma
alınmadı, elektrik açarı ilişib qalmışdı. Lakin eyni
hərəkəti təkrarlamadım. Boş otaqda işıqların sönməsi
mütləq kiminsə diqqətini cəlb edərdi.
Bu açar xarab olmasaydı, yəqin ki, buradaca
uzanıb yatardım. Bir yandan yorğunluq, digər yandan
da muzeyin başqa otaqlarında bir-birinin ardınca
işıqların sönməsi (və yekəbaş qadının hələ də Fausti-
nenin otağında olmasının verdiyi rahatlıq) mənə
yuxu gətirdi. Düşündüm ki, əgər kimsə koridorla
yerisə, mütləq mənim otağıma girib işığı söndürmək
istəyəcək (muzeyin qalan hissəsi qaranlığa bürün-
müşdü). Hər halda, bunun qarşısını ala bilmərəm,
amma bu, o qədər də qorxulu deyil. İçəri girən
adam açarın xarab olduğunu görüb, başqalarını na-
rahat etməmək üçün çıxıb gedər. Bir balaca gizlən-
məyim kifayət edər.
Bütün bunları fikirləşirdim ki, Doranın başı qapının
ağzında göründü. Baxışlarını üzərimdə süzdürüb,
işığı söndürməyə çalışmadan otaqdan çıxdı.
Qorxudan məni soyuq tər basdı. Qərar verdim
ki, otağı tərk edim, amma çıxmazdan əvvəl gizlənməyə
daha təhlükəsiz yer tapmaq üçün xəyalən muzeyi
gəzdim. Bu otaqdan Faustinenin otağının qapısına
nəzarət edə bilirdim, ona görə buranı tərk etmək
mənə çətin gəlirdi. Çarpayıda oturub yuxuya getdim.
Bir az sonra yuxuda Faustineni gördüm. Otağa girdi.
62