Page 67 - "Morelin ixtirası"
P. 67
Morelin ixtirası

Gəlmələr məni axtarmadılar. Onlar arada təpənin
kənarında görünür və gözdən itirlər. Ola bilsin ki,
hansısa mənəvi natamamlığıma görə (bir də ağca-
qanad ordusuna görə), dünənki axşamdan ötrü
darıxmağa başladım; Faustineni görmək ümidimi
itirmişdim və indiki kimi xiffət çəkmirdim. Özümü
yenidən muzeyin sahibi və yalnızlığın ağası kimi hiss
etdiyim o anın həsrətini çəkirəm.

***
Srağagün gecə işığını söndürə bilmədiyim o
otaqda nə fikirləşdiyim indi yadıma düşdü. Gəlmələrin
təbiəti və onlarla münasibətlərim haqqında düşünür-
düm.
Bir neçə izahat irəli sürdüm:
Mən o məşhur taun xəstəliyinə yoluxmuşam:
bu xəstəlik təxəyyülümə təsir edir və mənim gözümə
insanlar, musiqi, Faustine görünür. Bədənimdə isə,
yəqin ki, ölümün işarəsi olan dəhşətli yaralar var,
amma mənim beynim dumanlı olduğu üçün onları
görə bilmirəm.
Adanın alçaq hissəsinin çirkli havası və zəif
qidalanmağım nəticəsində gözəgörünməz olmuşam.
Ona görə də gəlmələr məni görmədi (ya da ki,
onlarda qeyri-insani bir özünüidarəetmə qabiliyyəti
var; bu davranışın məni ələ keçirmək üçün təşkil
edilmiş gizli bir planın tərkib hissəsi olması ehtimalının
da üstündən xətt çəkdim). Etiraz: axı quşlar, kərtən-
kələlər, siçanlar və ağcaqanadlar məni görür.

67
   62   63   64   65   66   67   68   69   70   71   72