Page 70 - "Morelin ixtirası"
P. 70
lfo Bio Kasares
küçəsində yerləşən çəhrayı rəngli iyrənc pansionatdakı
otağıma polislər gəlməzdən öncə (əgər həmin vaxt
ölsəydim, məhkəmə prosesi son qərarı verməli olan
hakimlərin iştirakı ilə keçirilərdi, o zaman qaçışım
və səyahətim onların qərarından asılı olaraq ya
cənnətə, ya cəhənnəmə, ya da ərafa doğru olacaqdı).
Ölüm üçün növbəti fürsət qayıqda yaranmışdı. Günəş
kəllə sümüyümü əridirdi və adaya qədər avar çəkmiş
olsam da, yəqin ki, ağlımı çoxdan itirmişdim. Günəşin
göz çıxardan parlaqlığı, qayığın yırğalanması, suyun
səsi və dözə biləcəyimiz bütün əzablardan da güclü
ağrılar istisna olmaqla, həmin günlərə aid hər şeyi
dumanlı xatırlayıram.
Xeyli vaxtdır bunları düşündüyümə görə bir az
bezikdim və daha yüngül məntiqlə davam etmək
istədim; gəlmələr ortaya çıxana qədər mən ölü de-
yildim; tənhalıqda ölü olmaq mümkün deyil. Yenidən
dirilə bilmək üçün şahidləri aradan götürməliyəm.
Bu, çətin olmayacaq. Mən mövcud deyiləm və onlar
da yoxa çıxdıqlarını hiss etməyəcəklər.
Eyni zamanda, başqa bir şey haqqında da, Fausti-
neni zorla ələ keçirmək haqqında da düşünürdüm:
bu, o qədər ani və yuxu kimi sürətlə baş verəcəkdi
ki, ancaq özüm hiss edəcəkdim.
Bu cür boş və mənasız izahatlar ən təlaşlı anlarda
beynimə gəlirdi. İnsan uzunmüddətli gərginliyə tab
gətirmir, şəhvani zövq isə bir anlıq olur.
70