Page 74 - "Morelin ixtirası"
P. 74
lfo Bio Kasares
Dora, Alek, o gecə xəyalətlərdən danışan qadın və
bayaqkı üç kişi çimərlik paltarında hovuza tərəf
gedirdilər. Mən daha yaxşı görə bilmək üçün bir
kolun dalından digərinə qaçdım. Qadınlar gülə-gülə,
xırda addımlarla yeriyir, kişilərsə sanki isinməyə
çalışır və atlanıb-düşürdülər; bu hissəsini anlamadım,
iki dənə günəş olan yerdə necə üşümək olardı?!
Təxmin edirdim ki, hovuza çatanda kefləri pozulacaq.
Mən suyu dəyişməyəndən bəri orada çimmək
mümkün deyil (hər halda normal insanlar üçün);
hovuzun suyu yamyaşıl, bulanıq və köpüklüdür, üzü
də bu neçə gündə uzanmış su bitkilərinin yarpaqları
ilə örtülüb; içində də ölü quşlar, ilanlar və diri
qurbağalar üzür.
Faustine yarıçılpaq hədsiz dərəcədə gözəldir. O,
camaat içində çimən adamlara xas yüngüllüklə gülür,
əylənirdi. Hovuza hamıdan əvvəl Faustine baş vurdu.
Çimənlərin su ilə oynadıqlarını və gülüşlərini eşidirdim.
Dora və yaşlı qadın birinci çıxdılar. Yaşlı qadın
əlini xeyli yellədərək saymağa başladı: bir, iki, üç.
Digərləri, yəqin ki, yarışırdılar. Kişilər təngnəfəs
qayıtdılar. Faustine suda bir az da qaldı.
Bu arada, dənizçilər gəmidən enmişdilər və adanı
gəzirdilər. Palma ağaclarının arasında gizləndim.
***
Dünən axşamdan bu gün səhərəqədərki vaxt
ərzində şahid olduğum inanılmaz hadisələri dəqiqliyi
ilə danışacağam. Bu hadisələrin baş verməsi üçün
74