Page 79 - "Morelin ixtirası"
P. 79
Morelin ixtirası
gizlənməyə məcbur elədi. Elə təngnəfəs oldum ki,
qulağım heç nə eşitmirdi.
Morel onunla danışmalı olduğunu deyirdi. Faus-
tine də cavab verirdi:
– Olar, gedək muzeyə (bu hissəsini çox aydın
eşitdim).
Sonra bir az mübahisə elədilər.
– Bu fürsətdən istifadə etmək istəyirəm... muzey-
dən və dostlarımızın nəzərindən uzaqda, – deyə
Morel təkid edirdi.
Başqa sözlər də eşitdim: səni xəbərdar etmək...
sən fərqli qadınsan... əsəblərə hakim olmaq...
Əmin oldum ki, Faustine qalmaqdan qəti şəkildə
imtina etdi. Morel isə razılaşaraq dedi:
– Onda bu gecə, hamı gedəndən sonra, xahiş
edirəm, sən qal.
Muzeylə palmaların arasında gəzişirdilər. Morel
çox danışır, əl-qolunu ölçürdü. Bir dəfə də əl atıb
Faustinenin qolundan tutdu. Sonra danışmadan
gəzdilər.
Onlar muzeyə girəndə fikirləşdim ki, gərək özümə
yemək hazırlayım. Bütün gecə onları müşahidə edə
bilmək üçün taqətim olmalıdır.
“İkinəfərlik çay” və “Valensiya” səhərə qədər
səsləndi. Mən isə niyyətimə baxmayaraq, az yemişdim.
Camaatın oynamağına baxandan, eyni zamanda
yapışqan yarpaqlardan, torpaq dadı verən bitki
köklərindən, qalın və sərt ip yumağını xatırladan
soğanaqlardan yeyəndən sonra dözməyib muzeyə
79