Page 76 - "Morelin ixtirası"
P. 76
lfo Bio Kasares
onu dayandırdı. Oğlan əlləri cibində başdansovma
fit çala-çala irəli-geri var-gəl eləməyə başladı.
Gördüklərim barəsində düşünməyə çalışdım,
amma həvəsim gəlmədi. Özümü narahat hiss edirdim.
Təxminən on beş dəqiqə keçdi.
Gündəliyimdə hələ haqqında bəhs etmədiyim
digər saqqallı, ağbaş, gonbul adam pilləkəndə
göründü, ətrafa, uzaqlara baxdı. Sonra aşağı enib
muzeyin qarşısında hərəkətsiz dayandı; həyəcanlı
olduğu hiss edilirdi.
Morel qayıtdı. Bir dəqiqə danışdılar. Eşitdim ki:
– ... bəs əgər sizə desəm ki, bütün hərəkətləriniz
və danışıqlarınız qeydə alınır, onda necə?
– Mənim üçün elə bir fərqi olmazdı.
Öz-özümdən soruşdum, görəsən, mənim gündə-
liyim bunların əlinə keçməyib ki? Qərara aldım ki,
yorğun olsam da, diqqətim yayınsa da, ayıq olum.
Məni qəfil yaxalamalarına yol verə bilmərəm.
Gonbul adam yenə tək qaldı. Tərəddüd elədiyi
görünürdü. Morel Alek (yaşılgözlü, şərqli görünüşlü
cavan oğlan) ilə birlikdə qayıtdı və üçü bir yerdə
getdilər.
Sonra kişilər və qulluqçular əllərində küləşdən
hazırlanmış stullarla muzeydən çıxdılar; stulları iri
və xəstə çörək ağacının altına qoydular (buna bənzər,
nisbətən balaca ağaclardan Los Tekesdəki köhnə bir
malikanədə görmüşdüm). Xanımlar stullarda əyləş-
dilər, kişilər onların yanında qazona oturdular. Vətə-
nimdəki axşamlar yadıma düşdü.
76