Page 78 - "Morelin ixtirası"
P. 78
lfo Bio Kasares

mövzusundan, günbatana olan ortaq marağımızdan
danışam; bir az suallarını dinləyəm; hər bir halda,
ona yazıçı olduğumu və hər zaman kimsəsiz adada
yaşamaq istədiyimi deyəm; yoldaşlarının gəlişinin
məni necə əziyyətə saldığını etiraf edəm, adanın su
basan hissəsinə köçməli olduğumu ona danışam
(bu, aşağı ərazilər və oranın çətinlikləri haqda ətraflı
danışmağıma şərait yaradardı) və beləcə, sevgi
etirafına gəlib çıxam; çıxıb getməklərindən, onu
daha görə bilməyəcəyimdən və axşamların məni
həmişəki kimi sevindirməyəcəyindən qorxduğumu
deyəm.

Ayağa qalxdı. Mən çox həyəcanlandım (sanki
Faustine düşündüklərimi eşidirmiş və bunlar onun
xətrinə dəyib). Beş metr aralıda başqa qayanın
üstündəki çantasından kitabını götürməyə getdi.
Qayıdıb yerində oturdu. Kitabı açdı, əlini vərəqlərdən
birinin üzərinə qoyub günbatana baxa-baxa sanki
yuxuya getdi.

Günəşlərdən zəif olanı batanda Faustine yenə
ayağa qalxdı. Arxasına düşdüm... qaçdım, dizlərimi
yerə atdım və demək olar, qışqıra-qışqıra ona de-
dim:

– Faustine, sizi sevirəm.
Ona görə belə elədim ki, dedim hər halda ən
yaxşısı ürəyimin səsinə qulaq asmaq və hisslərimin
sözlərimdə əks olunmasına imkan verməkdir.
Nəticədən xəbərdar deyiləm. Ayaq səsləri və üzərimə
düşən qaranlıq kölgə məni palma ağaclarının arxasında

78
   73   74   75   76   77   78   79   80   81   82   83