Page 73 - "Morelin ixtirası"
P. 73
Morelin ixtirası

xoşlarına gəlməsə, onda bəlkə də, həbsxananın
olduğu ilk limana çatana qədər özümü öldürməyə,
ya da öldürtməyə vaxtım qalar.

“Bir qərara gəlməliyəm”, – deyə düşündüm.
Hündürboylu, dolu, üz dərisi yanıq, saqqalı pis
qırxılmış, qadınsayağı hərəkətləri olan bir kişi Morelə
yaxınlaşdı və ona dedi:
– Gecdir artıq. Hələ hazırlaşmalıyıq.
– Bircə dəqiqə, – deyə Morel cavab verdi.
Kapitan ayağa qalxdı. Morel azca dikəlib tələsik
sözünü yekunlaşdırdı. Sonra ayağa qalxıb əli ilə
kapitanın çiyninə bir-iki dəfə toxundu və üzünü
hündür adama tutub soruşdu:
– Gedək?
Hündür adam qarasaçlı, qalın qaşlı gənc oğlana
baxıb gülümsəyərək təkrar elədi:
– Gedək?
Cavan oğlan başı ilə təsdiqlədi.
Üçü də birlikdə qadınlara tərəf baxmadan muzey
istiqamətində getdilər. Kapitan nəzakətlə gülümsə-
yərək qadınlara yaxınlaşdı. Hamısı bir yerdə ağır-
ağır üç kişinin arxasınca yollandı.
Nə edəcəyimi bilmirdim. Gördüyüm səhnə məna-
sız olsa da, məni bir az narahat elədi. Nəyə hazırlaşası
idilər? Həyəcanlı deyildim. Düşündüm ki, əgər onlar
gedəndə Faustineni aparsalar, bütün bu mərəkə ba-
şa çatar, mən də bir az əsəbiləşər, sonra sakitcə da-
yanardım.
Nə isə hələ o an gəlib çıxmamışdı. Uzaqdan Mo-
relin saqqalı və nazik ayaqları göründü. Faustine,

73
   68   69   70   71   72   73   74   75   76   77   78