Page 77 - "Morelin ixtirası"
P. 77
Morelin ixtirası
Faustine qayalıqlara tərəf yollandı. Bu qadını bu
dərəcədə sevməyim artıq məni özümdən çıxarır
(həm də gülüncdür: bir dəfə də olsun söhbət
eləməmişik). Əynində tennis köynəyi, başında
bənövşəyi rəngli yaylıq var idi. Faustine gedəndən
sonra bu yaylıqları xatırlamaq mənə əzab verəcək!
İstəyirdim ki, onu müşayiət edim, çantasını, ya
adyalını daşımağı ona təklif edim. Bir qədər aralıdan
arxasınca gedirdim; çantasını daşın üstünə qoyduğunu,
adyalı yerə sərdiyini, oturub dənizə və axşam səmasına
tamaşa etdiyini görür, öz mənəvi rahatlığını onlara
ötürdüyünü hiss edirdim.
Faustineyə yaxınlaşmaq üçün axırıncı fürsəti
əldən vermək üzrə idim. Qarşısında diz çökə, ona
sevgimi etiraf edə, hər şeyi danışa bilərdim. Lakin
mən bunu eləmədim. Mənə elə gəldi ki, yeri deyil.
Əlbəttə, qadınlar onlara qarşı istənilən diqqət
əlamətini təbii qəbul edirlər. Lakin yaxşı olar ki,
vəziyyət öz-özünə aydınlaşsın. Tanımadığın bir adam
durduğu yerdə birdən-birə sənə öz həyatından
danışsa, ömürlük həbs cəzasına məhkum olunduğunu,
həbsxanada yatdığını və onun yaşamaq üçün yeganə
səbəbinin sən olduğunu desə, əlbəttə ki, şübhələ-
nərsən. Qorxarsan ki, yəqin, bu, sənə üzərində Boli-
var-1783-1830 yazısı həkk olunmuş bəzəkli qələm,
yaxud içində yelkənli gəmi olan bir butulka satmaq
üçün qurulmuş hiylədir. Mənim başqa bir yolum da
var idi: onunla dənizə baxaraq, fikrə dalmış və
zərərsiz dəli bir adam kimi söhbət edəm; iki günəş
77