Page 82 - "Morelin ixtirası"
P. 82
lfo Bio Kasares

Morel görə bilmədiyim bəzi adamlarla danışırdı:
– Bütün evi axtarıb onu tapmaq lazımdır. Mən
onu xeyli vaxt bundan qabaq bu otağa girən
görmüşdüm.
Söhbət kimdən gedirdi? Həmin an fikirləşdim
ki, deyəsən, tezliklə gəlmələrin davranışına bir aydın-
lıq gələcək.
– Bütün evi ələk-vələk elədik, – kimsə qaba bir
səslə dedi.
– Eybi yox, gedin bir az da axtarın, – Morel
cavab verdi.
Mənə elə gəldi ki, artıq tələyə düşmüşəm. Bu-
radan çıxmaq istədim, amma özümü saxladım.
Yadıma düşdü ki, güzgülü otaqlar həmişə ağır
işgəncələr məkanı olub. İstilənməyə başlayırdım.
Sonra Dora və cavan oğlan sərxoş bir qadınla
bərabər qayıtdılar (bu qadını hovuzun yanında
görmüşdüm). İki nəfər qulluqçu da gəlib kömək
etmək istədi; Morelə yaxınlaşdılar; onlardan biri
dedi:
– Mümkün deyil, – bir az bundan qabaqkı həmin
kobud səs idi.
– Aynes Faustinenin otağında yatır. Oradan onu
heç kəs çıxarda bilməz.
Demək, onlar Aynes haqqında danışırmışlar?
Doranın dediyi sözlərlə Morelin kişilərlə söhbətinin
bir-biri ilə bağlı olduğu ağlıma gəlməmişdi. Onlar
kimisə axtarmaqdan danışırdılar və mən qorxumdan
hər şeydə özümə qarşı bir eyham, bir hədə görürdüm.

82
   77   78   79   80   81   82   83   84   85   86   87