Page 85 - "Morelin ixtirası"
P. 85
Morelin ixtirası
gedir. Bizlər bu şəkil üzərində əbədi olaraq yaşaya-
cağıq. Elə bir səhnə təsəvvür edin ki, orada bizim
son yeddigünlük həyatımız tam olaraq canlandırılır.
Biz canlandırırıq. Bütün hərəkətlərimiz qeydə alınıb.
– Yaramazlığa bir bax! – deyə qara bığlı, dişləri
görünən kişi qışqırdı.
– Ümid edirəm ki, bu, bir zarafatdır, – Dora dedi.
Faustine gülümsəmirdi. Acıqlı görünürdü.
– Bura təzə gələndə sizə deyə bilərdim ki, biz
əbədiyyən yaşayacağıq. Onda, yəqin ki, biz dayan-
madan şənlənməyə çalışaraq hər şeyi korlayardıq.
Fikirləşdim ki, əgər vaxtımızı səmərəli istifadə etmək
məcburiyyəti hiss etməsək, onda bir yerdə keçirdiyimiz
istənilən həftə bizim üçün xoş olacaq. Məgər elə
olmadımı?
Buyurun, sizə gözəl bir əbədiyyət bəxş elədim.
Təbii ki, insan tərəfindən yaradılmış heç nə
mükəmməl olmur. Bu gün bəzi dostlarımız aramızda
deyil. Klod üzrxahlıq elədi ki, hazırda Tanrı ilə fərd
arasındakı fikir ayrılığı haqda roman və teoloji traktat
formasında bir fərziyyə üzərində çalışır; dediyinə
görə, bu fərziyyə ona ölümsüzlük gətirə bilər və
ona görə də yarımçıq qoymaq istəmir. Madlen
səhhətinə görə iki ildir evdən çölə çıxmır. Leklerk
isə Devis ailəsi ilə Floridaya gedəcəkmiş”.
Əlavə etdi:
– Yazıq Çarli də ki...
Sözlərin intonasiyasından, “yazıq” sözünün üzərinə
qoyulmuş vurğudan, ortalığa çökən təntənəli sükut-
85